Yunan-Roma güləşi üzrə Azərbaycan milli komandası növbəti təlim-məşq toplanışına başlayır.
Offsideplus.az xəbər verir ki, ayın 22-dək davam edəcək hazırlıq prosesinə bu pəhləvanlar cəlb olunublar: Eldəniz Əzizli, Fərid Sadıxlı, Emin Cavadlı (təmsilçilərin hamısı – 55 kq), Elmir Əliyev, Nihad Quluzadə (hər ikisi – 60 kq), Nihat Məmmədli, İlkin Qurbanov, Tural Əhmədov, Ayxan Cavadov (hamısı – 63 kq), Həsrət Cəfərov, Fərid Xəlilov, Məhəmməd Şükürzadə (hamısı – 67 kq), Ülvü Qənizadə (72 kq), Sənan Süleymanov, Ruslan Nurullayev, Davud Məmmədov, Cavidan Nehmətov (hamısı – 77 kq), Qurban Qurbanov, Elmin Əliyev (hər ikisi – 82 kq), İslam Abbasov, Orxan Hacıyev (hər ikisi – 87 kq), Emil Abasov, Murad Əhmədəliyev (hər ikisi – 97 kq), Beka Kandelaki, Sərxan Məmmədov və Məzaim Mərdanov (hamısı – 130 kq).
Toplanış oktyabrın 12-18-də Las-Veqasda (ABŞ) keçiriləcək gənclər arasında (U-23) dünya çempionatına və oktyabrın 24-dən noyabrın 1-dək Astanada (Qazaxıstan) təşkil olunacaq böyüklər arasında dünya birinciliyinə hazırlıq xarakteri daşıyır.


