Portuqaliyalı baş məşqçi Ruben Amorim keçmiş "Mançester Yunayted" oyunçularının tənqidlərinə münasibət bildirib.
Offsideplus.az xəbər verir ki, o, "Old Trafford"da çalışdığı dövrü xatırladıb və həmin vaxt onu Gari Nevill, Roy Kin, Pol Skoulz və digər sabiq futbolçuların mütəmadi olaraq tənqid etdiyini vurğulayıb.
"Əvvəllər çoxlu əfsanənin olduğu bir klubda işləyirdim. Onların fikri əhəmiyyətlidir və müxtəlif mövzularda çox danışırlar. Amma onlar tamamilə başqa bir dövrdə yaşamışdılar", – deyə Amorim bildirib.
Amorimin rəhbərliyi altında "Mançester Yunayted" Premyer Liqada tarixinin ən zəif nəticəsini göstərib. Onun rəhbərliyi ilə komanda bütün turnirlərdə 63 oyunda cəmi 24 qələbə qazanıb.


