Azərbaycan milli komandasının baş məşqçisi Ayxan Abbasov və A millinin direktoru İlqar Qurbanov Polşaya səfər ediblər.

Offsideplus.az xəbər verir ki, onlar yığmamızın hücumçusu Mahir Emrelinin forma geyindiyi "Rakuv"un oyununu tribunadan canlı izləyiblər.

Ayxan Abbasov və İlqar Qurbanov səfər çərçivəsində Polşa klubunun prezidenti və idman direktoru ilə də rəsmi görüş keçiriblər.

Sözügedən qarşılaşmada "Rakuv" doğma meydanda "Motor"u 2:1 hesabı ilə məğlub edərək cari mövsümdə ilk qələbəsini qazanıb.

M. Emreli oyuna start heyətində başlayıb və 87-ci dəqiqədə əvəzlənib.