Amerikalı yüngül çəki döyüşçüsü Castin Geyci gələcək karyerası ilə bağlı qərar vermədiyini bildirib.
Offsideplus.az xəbər verir ki, Geyci bu barədə ailəsi və məşqçiləri ilə məsləhətləşəcəyini deyib: "Həmişə valideynlərimə, qardaşlarıma, bacıma və məşqçilərimə demişəm ki, vaxtı çatanda mənimlə danışsınlar. Mən onlara güvənirəm, seçimimdə kömək edəcəklər. Hələ qərar verməmişəm. Karyeramı davam etdirəcəyimi bilmirəm".
Qeyd edək ki, iyun ayında UFC turnirində Geyci dördüncü raundda texniki nokautla İliya Topuriyanı məğlub edərək yüngül çəki üzrə çempion olub. Döyüşçü əlavə edib ki, Topuriya ilə qarşılaşmadan sonra əllərində hələ də ağrılar qalır və zərbə endirməkdə çətinlik çəkir.


