Türkiyə nəhəngi "Qalatasaray" qış transfer pəncərəsində heyətdə əsaslı islahatlara hazırlaşır.
Offsideplus.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, İstanbul təmsilçisi az şans qazanan bir neçə önəmli futbolçusu ilə yollarını ayırmağı planlaşdırır.
"Sarı-qırmızılar"ın vidalaşmaq istədiyi oyunçular arasında İlkay Gündoğan, Uilfrid Sinqo və Kaan Ayhan yer alır.
Cari mövsüm 35 yaşlı İlkay sadəcə 2 matçda (11 dəqiqə), zədələrlə boğuşan Sinqo 2 matçda (41 dəqiqə), Çempionlar Liqasının sifariş ərizəsindən kənarda qalan Kaan Ayhan isə cəmi 1 dəqiqə meydanda olub.


