"Ordu" voleybol klubu heyətini dünya səviyyəli ulduzla gücləndirib.

Offsideplus.az xəbər verir ki, idman klubu italiyanlı voleybolçu İvan Zaytsevin transferini rəsmən açıqlayıb.

Təcrübəli oyunçu ilə növbəti mövsümün sonuna qədər müqavilə imzalanıb.

Qeyd edək ki, İ. Zaytsev "Rio-2016" Yay Olimpiya Oyunlarının gümüş mükafatçısıdır.

O, karyerası ərzində Avropa çempionatının gümüş və bürünc, Millətlər Liqasının, həmçinin CEV Çempionlar Liqasının mükafatçısı olub. İtaliyalı ulduz, eyni zamanda, dəfələrlə ölkə çempionluğu və kubokunu qazanıb.