"Panatinaikos" yeni mövsüm üçün heyətini gücləndirmək məqsədilə "Jalqiris"də çıxış edən amerikalı müdafiəçi Naycel Uilyams-Qossun transferini gündəmə gətirib.
Offsideplus.az xəbər verir ki, ötən yay "Jalqiris"lə "2+1" illik müqavilə imzalayan Uilyams-Qoss geridə qalan EuroLeague mövsümündə orta hesabla 24 dəqiqəyə 11,5 xal, 3,9 assist və 2,4 ribaundla yadda qalıb.
"Panatinaikos"un fransalı Silven Fransisko ilə razılığa gələ bilmədiyi üçün Uilyams-Qoss variantını nəzərdən keçirdiyi bildirilir.
Məlumata görə, yunan klubu Fransiskoya illik 3 milyon avro ödəməyə hazır idi. Hazırda Uilyams-Qoss "Jalqiris"də 1,4 milyon avro maaş alır.


