Amerikalı UFC döyüşçüsü Daniel Rodriges ağır günlərin ardından yenidən oktaqona qayıdır. O, bu şənbə Serbiyada təşkil olunacaq "UFC Belgrade" turnirinin əsas döyüşündə yerli idmançı Uroş Mediçlə üz-üzə gələcək.

Offsideplus.az xəbər verir ki, 39 yaşlı idmançı ötən il Kevin Holland üzərində qazandığı qələbədən sonra Meksikada 8 ay həbsdə qalıb. Karyerasının bitəcəyindən qorxduğunu gizlətməyən Rodriges həbsxana günlərinin ona böyük təcrübə qazandırdığını bildirib:

"Bir anlıq düşündüm ki, oradan heç vaxt çıxa bilməyəcəyəm. İçimdəki ümid beni motivasiya etdi. Həbsxanada ömürlük məhkumlarla bir yerdə idimvə bu, həyatı daha çox qiymətləndirməyə vadar etdi. İndi UFC-də əsas döyüşə çıxmaq mənim üçün bir arzunun gerçəkləşməsidir. Qələbə qazanacağım təqdirdə, bu hekayəni Hollivuda təqdim etmək istəyirəm, çünki bu, tam filmə çevriləcək həyatdır".

UFC-də keçirdiyi 14 döyüşdə 10 qələbəsi olan amerikalı idmançının rəqibi Uroş Mediç də son 3 qarşılaşmada qalib gəlib. Səfərdə döyüşməyin problem olmadığını vurğulayan Rodriges bu qələbənin karyerasının ən yaddaqalan anı olacağını qeyd edib.