"Sumqayıt" klubu baş məşqçisi Saşa İliç ilə yolları ayırmaq niyyətində deyil.

Bu barədə Offsideplus.az saytına açıqlamasında klubun prezidenti Riad Rəfiyev məlumat verib.

Klub rəhbəri serbiyalı mütəxəssisə tam etimad göstərdiklərini bildirib: "Saşa İliç ilə müqaviləmiz var, baş məşqçimizə inanırıq və onun arxasındayıq".

R. Rəfiyev, həmçinin Samir Abbasovun yenidən "Sumqayıt"a qayıtması ilə bağlı gəzən şayiələrə də son qoyub:

"Belə bir şey ola bilməz. Bu, mümkün deyil. Xahiş edirəm, ancaq klubun yayımladığı rəsmi xəbərlərə etimad edəsiniz".