Misli Premyer Liqasında bu gün lider "Sabah" "Sumqayıt"ı qəbul edib.
Offsideplus.az xəbər verir ki, "bayquşlar" növbəti qələbəsini qazanıb: 3:1.
"Kimyaçılar" isə çətin günlərdən keçir. Onlar kubok da nəzərə alınmaqla son 9 oyunda qələbə qazana bilməyib.
"Sabah" 62 xalla liderdir. "Sumqayıt" isə 32 xalla 7-ci yerin sahibidir.
MPL, XXV tur
19 mart (cümə axşamı)
19:15. “Sabah” – “Sumqayıt” 3:1
Qollar: Kahim Parris, 24. Coy Lens Mikels, 47. Velko Simiç, 71. - Nsana Simon, 90+2.
Hakimlər: Rəvan Həmzəzadə, Zöhrab Abbasov, Şirmamed Mamedov, Vüqar Həsənli
VAR: Kamranbəy Rəhimov
AVAR: Pərvin Talıbov
“Bank Respublika Arena”


