"Barselona" klubu bu yay transfer pəncərəsində braziliyalı vinger Rafinyanı sata bilər.
Offsideplus.az xəbər verir ki, bu gedişat komandanın keçmiş hücumçusu Markus Reşfordun yenidən Kataloniya klubuna qayıtmaq şansını artıra bilər.
Braziliya millisinin üzvü Rafinyanın Dünya Çempionatında aldığı növbəti zədədən sonra Səudiyyə Ərəbistanı klublarından birinə transfer olunacağı barədə xəbərlər yayılıb.
Heyətinə artıq Antoni Qordonu qatan "Barselona" rəhbərliyi hücum xəttini daha da gücləndirmək üçün müxtəlif variantları nəzərdən keçirir.

Klubda əvvəllər uğurlu bir icarə dövrü keçirmiş Markus Reşford isə "Barselona"nın transfer siyahısında potensial hədəf olaraq qalmaqda davam edir.


