Fransanın "Paris Sen-Jermen" klubu "Vest Hem Yunayted"in vingeri Krisensio Sammervili heyətinə qatmaq üçün "Mançester Yunayted" ilə transfer yarışına qoşulub.
Offsideplus.az xəbər verir ki, Niderland millisinin üzvü cari Dünya Çempionatının start matçlarında vurduğu iki qol və etdiyi bir məhsuldar ötürmə ilə diqqətləri üzərinə çəkərək Avropanın nəhəng klublarının maraq dairəsinə düşüb.
"Vest Hem Yunayted" futbolçunun transfer qiymətini təxminən 50 milyon funt-sterlinq dəyərində müəyyənləşdirib. "Paris Sen-Jermen" rəhbərliyi isə niderlandlı vingeri komandadan ayrılma ehtimalı olan Bredli Barkolanın potensial əvəzləyicisi kimi nəzərdən keçirir.


