Braziliya millisinin baş məşqçisi Karlo Ançelotti komandanın baş ulduzu Neymar üçün meydanda yeni bir rol hazırlayır. Təcrübəli mütəxəssis hücum xəttində ciddi dəyişikliklər etməyi planlaşdırır.
Offsideplus.az xəbər verir ki, Braziliya seçməsinin çalışdırıcısı Neymarı "saxta doqquzluq" mövqeyində və ya komandanın hücumdakı əsas istinad nöqtəsi olaraq görmək istəyir. Bu yeni rola əsasən, ulduz futbolçuya geriyə çəkilmək, oyunu diktə etmək və hücum xəttinin arxasında Vinisius Junior kimi sürətli oyunçular üçün boş sahələr yaratmaq azadlığı veriləcək.
Bu taktiki gedişatın Braziliya millisinin hücum potensialını daha da artıracağı və Neymarın yaradıcı keyfiyyətlərindən maksimum dərəcədə yararlanmağa imkan verəcəyi gözlənilir.


