Aleks Qrimaldo İspaniyaya qayıda bilər.

Offsideplus.az xəbər verir ki, bu barədə Marca nəşri məlumat yayıb. “Atletiko” heyətini onunla gücləndirməyə hazırlaşır.

Futbolçu karyerasınş Madrid klubunda davam etdirməyə yaxındı. 30 yaşlı futbolçu ilə şəxsi müqavilə şərtləri artıq razılaşdırılıb. Hazırda klublar arasında transferin maliyyə detalları müzakirə olunur. Leverkuzen klubu ispaniyalı müdafiəçinin keçidi üçün 12 milyon avro tələb edir.

Klubların qısa müddətdə yekun razılığa gələcəyi gözlənilir.