İngiltərə millisinin 7 nömrəsi Bukayo Saka zədə səbəbindən komandanın son məşqini buraxıb.
Offsideplus.az xəbər verir ki, bu haqda "Mirror" məlumat yayıb.
“Arsenal”ın vingeri axilles vətərindəki problemə görə Kanzas-Sitidə keçirilən hazırlıq prosesində iştirak etməyib.
Bukayo millisinin əsas üzvlərindən sayılır.


