DÇ-2026-nın F qrupunda Yaponiya millisi Tunis ilə qarşılaşıb. 

Offsideplus.az xəbər verir ki, Hajime Moriyasunun baş məşqçilik etdiyi "samuraylar" rəqibi 4 cavabsız qolla məğlub edib. Qolların müəllifi Daiçi Kamada, Ayase Ueda (dubl) və Junya İto olub. 

Ardıcıl 2-ci oyunda uduzan Tunis yığması qrupdan çıxmaq şanslarını itirib. Hazırda Niderland və Yaponiyanın 4, İsveçin isə 3 xalı var. 

Oyunda vurulan qolları təqdim edirik: