Bədavi Hüseynov daha 1 il "Qarabağ" forması geyinəcək
Offsideplus.az xəbər verir ki, Ağdam təmsilçisi kapitanı ilə müqavilə müddətini uzadıb.
Bədavi Hüseynov 2027-ci ilin yayına qədər komandamızın uğurları üçün mübarizə aparacaq.
2012-ci ildən “Qarabağ”ın formasını geyinən Hüseynov "kəhər atlar"ın heyətində Premyer Liqada 267 oyunda 5 qol vurub. O, komandamızla 11 dəfə Azərbaycan çempionu, 5 dəfə ölkə kubokunun qalibi olub, millidə 82 matçda 1 dəfə fərqlənib.


