Azərbaycan cüdoçusu Balabəy Ağayev (60 kq) Monqolustanın paytaxtı Ulan-Batorda keçirilən "Böyük Dəbilqə" turnirində qızıl medal qazanıb.
Offsideplus.az xəbər verir ki, idmançı finalda yaponiyalı dünya çempionu Ryuju Naqayamanı məğlub edib.
Əhməd Yusifov (60 kq) üçüncü yer uğrunda görüşdə İtshak Aşpizə uduzub.
Nizami İmranov (66 kq) bürünc medal qazanmaq üçün yerli cüdoçu Yolk Kazırbyekin müqavimətini qırmağa çalışacaq.
Qeyd edək ki, "Böyük Dəbilqə" iyunun 21-də başa çatacaq. Azərbaycan yarışda 17 idmançı ilə təmsil olunur.


