Bosniya və Herseqovinanın Sarayevo şəhərində keçirilən taekvondo üzrə Klublararası Avropa çempionatı başa çatıb.

Offsideplus.az xəbər verir ki, Azərbaycan təmsilçiləri turniri 2 qızıl, 3 gümüş və 1 bürünc medal qazanıblar:

Qızıl medal:

Aydan Hüseynova (36 kq, İrəvan TK)

Rada Əsəd (44 kq, Mübariz TK)

Gümüş medal:

 İslam Quluzadə (33 kq, Alpman TK)

Gökalp Çilingir (40 kq, Nərimanov RİK)

Renad Zülfiqarlı (+57 kq, Alov TK)

Bürünc medal:

Əkbər Tağıyev (+30 kq, Atlet TK)

Qeyd edək ki, klub təmsilçilərimiz ümumi komanda hesabında bütün rəqiblərini qabaqlayaraq birinci yerə layiq görülüb və kubokun sahibi olublar.