DÇ-2026 turnirinin B qrupunda ikinci tura start verilib.

Offsideplus.az xəbər verir ki, İsveçrə və Bosniya və Herseqovina milliləri qarşılaşıb.

Hər iki komanda ilk oyunda heç-heçə etmişdi.

İlk 74 dəqiqəsində qol olmayan matç sonda İsveçrənin 4:1 hesablı qələbəsi ilə başa çatıb.

Bu qrupun digər oyunu Kanada - Qətər matçı bir azdan, Bakı vaxtı ilə saat 02:00-da start götürəcək.

23:00 / İsveçrə 4:1 Bosniya və Herseqovina 

Qollar: Manzambi (2), Ruben Varqas, Qranit Caka - Ermin Mahmiç