İniqo Pereslə yollarını ayıran "Rayo Valyekano"nun yeni baş məşqçisinin adı açıqlanıb.
Offsideplus.az xəbər verir ki, La Liqa təmsilçisini Benyat San Xose çalışdıracaq.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
54 yaşlı mütəxəssislə 2028-ci ilin yayınadək müqavilə imzalanıb.
Qeyd edək ki, Benyat San Xosenin son iş yeri "Eybar" olub.


