I Liqada mübarizə aparan "Səbail"in yeni baş məşqçisi bəlli olub.
Offsideplus.az xəbər verir ki, bu vəzifə Elnur Abdullayevə həvalə edilib. 40 yaşlı mütəxəssislə 3 illik müqavilə imzalanıb.
Elnur Abdullayevin son iş yeri II Liqada çempion olduğu “Şahdağ Qusar” komandası olub.
Xatırladaq ki, "Səbail" daha öncə baş məşqçi Adil Şükürovla yollarını ayırıb.


