"Xankəndi" klubu heyətinə daha bir futbolçu cəlb edib.
Offsideplus.az xəbər verir ki, bu barədə I Liqa təmsilçisi məlumat yayıb.
Müdafiəçi Nihad Tamazov ilə 1 illik müqavilə imzalanıb.
Qeyd edək ki, Azərbaycanın U-21 millisinin sabiq üzvü daha əvvəl "Qarabağ" klubunda da çıxış edib.


