Dünya Kubokunda növbəti oyunda ev sahiblərindən olan Meksika millisi Cənubi Koreya ilə qarşılaşıb. 

Offsideplus.az xəbər verir ki, ​Cənubi Koreya yığması işləri çətinləşdirsə də, Meksika millisi 1:0 hesablı minimum qələbə ilə qalib gəlməyi bacarıb. Bu qələbədən sonra xallarını 6-ya çatdıran Meksika A qrupunda liderliyə yüksəlib.

Bu nəticə ilə Meksika turnirdə növbəti mərhələyə vəsiqəni vaxtından əvvəl təmin edən ilk komanda olub.

Qol: ​50-ci dəqiqə: Luis Romo (Meksika)