2026/2027 mövsümünə hazırlıq çərçivəsində "Qarabağ" və "Zirə" arasında yoxlama oyunu baş tutacaq. 

Offsideplus.az xəbər verir ki, matç 20 iyun saat 18:00-da keçiriləcək. Görüş "Azersun Arena"nın məşq meydançasında keçiriləcək. Yoxlama görüşü yalnız media nümayəndələri üçün açıq olacaq. 

Qeyd edək ki, “Qarabağ” iyunun 22-də hazırlığının ikinci mərhələsi üçün Avstriyaya yollanacaq. "Zirə"yə gəlincə, 25 iyun - 2 iyul tarixlərində Türkiyənin Bolu şəhərində hazırılığın növbəti mərhələsini keçirəcək komanda burada iki yoxlama oyunu keçirəcək. Qarşılaşmalar 27 iyun və 1 iyul tarixlərində baş tutacaq. Rəqiblərin kimliyi və oyun saatları haqqında məlumat veriləcək.