Dünya çempionatının ev sahiblərindən biri olan Kanada yığması 2022-ci ilin ev sahibi Qətər komandasını 6:0 hesabı ilə darmadağın edib.
Offsideplus.az xəbər verir ki, qarşılaşmada Qətər millisi iki qırmızı vərəqə alaraq oyunu azlıqda başa vurub.
Matçda qolları aşağıdakı dəqiqələrdə bu futbolçular vurub:
- 16-cı dəqiqə: Kayl Larin (Kanada)
- 29-cu dəqiqə: Conatan Devid (Kanada)
- 45+3-cü dəqiqə: Conatan Devid (Kanada)
- 64-cü dəqiqə: Neytan Saliba (Kanada)
- 75-ci dəqiqə: Məhəmməd Əl-Mənnai (Avtoqol - Qətər öz qapısına)
- 92-ci dəqiqə: Conatan Devid (Kanada)


