İsveçrə millisinin futbolçusu Joan Manzambi dünya çempionatlarının tarixinə adını yazdırıb.
Offsideplus.az xəbər verir ki, yarımmüdafiəçi buna DÇ-2026-nın B qrupunun II turunda Bosniya və Herseqovinanı məğlub etdikləri matçda nail olub.
O, mundiallarda əvəzetmədən meydana çıxaraq dubl edən ən gənc oyunçu ünvanına sahib çıxıb.
J.Manzambi bunu 20 yaş 247 günündə bacarıb.
Əvvəlki rekord DÇ-2002-də Sloveniyaya qarşı görüşdə iki dəfə fərqlənən paraqvaylı Nelson Kuevasaya (22 yaş 153) məxsusdur.


