PSJ yüksək təklifə baxmayaraq, "Real Madrid"in ulduzundan rədd cavabı alıb.

Offsideplus.az xəbər verir ki, ​Fransa çempionu "Real Madrid"in 23 yaşlı yarımmüdafiəçisi Eduardo Kamavinqa üçün qeyri-rəsmi təmaslar qurub. Lakin gənc futbolçunun İspaniya paytaxtını tərk etmək niyyəti yoxdur.

​PSJ-nin ciddi marağına baxmayaraq, Kamavinqa "Santyaqo Bernabeu"da qalmağa və "Real Madrid"ə sadiq olmağa tam qərarlıdır.

Bu səbəbdən tərəflər arasında hər hansı bir transfer razılığının əldə olunması hazırda qeyri-mümkün görünür.