Argentina millisinin kapitanı Lionel Messi FİFA DÇ-2026-nın qrup mərhələsinin ilk turunun ən yaxşı futbolçusu olub.
Offsideplus.az xəbər verir ki, FIFA "Power Rankings" sisteminə əsasən nəticələri açıqlayıb.
Əlcəzairlə oyunda (3:0) het-trik edən ulduz futbolçu komandasının qapıya vurduğu zərbələrin 60 faizinin müəllifi olub.
Yaradıcılıq göstəricilərində isə İran millisinin futbolçusu Ramin Rezaian hamını qabaqlayıb. Yeni Zelandiya ilə matçda (2:2) çıxış edən cinah müdafiəçisi 16 dəqiq ötürmə edib.
Müdafiə statistikalarında isə Kanada millisinin üzvü Derek Kornelius birinci olub. Bosniya və Herseqovina ilə oyunda (1:1) o, 17 top alma, 13 uzaqlaşdırma, 4 blok və 4 top qazanma göstəricisinə imza atıb.


