Bolqarıstanın ÇSKA (Sofiya) klubu yay hazırlıq planında dəyişiklik edib.

Offsideplus.az xəbər verir ki, klubun rəsmi açıqlamasına əsasən, iyunun 27-də “Qarabağ”a qarşı Avstriyada keçirilməsi nəzərdə tutulan yoxlama oyunu ləğv olunub.

Buna səbəb komandaların UEFA Avropa Liqasında bir-birinə rəqib ola bilmə ehtimalıdır.

Hər iki komanda Avroliqada 1-ci mərhələni adlasa, bir-birinə rəqib olacaq.

Qeyd edək ki, “Qarabağ” iyunun 22-də Avstriyaya yollanacaq. Komanda Tirol əyalətində iyulun 2-dək hazırlıq keçəcək.