"LANDAU Lions" bu gün FIBA Çempionlar Liqasının təsnifat mərhələsində ilk oyununa çıxıb.

Offsideplus.az xəbər verir ki, təmsilçimiz Latviyanın "VEF Riqa" kollektivi ilə qarşılaşıb.

Görüş Bakı vaxtı ilə saat 15:15-də start götürüb. Bu oyunda rəqib komanda 105:88 hesablı qələbə qazanıb və "şirlər" mübarizəni dayandırıb.

Qeyd edək ki, "LANDAU LİONS" yolunu FIBA Avropa Kubokunun qrup mərhələsində davam etdirəcək.

"Şirlər"ə G qrupunda "Prievidza" - "Samobor" cütünün qalibi, "Lions de Geneve", "Benfica", "Bakken Bears Aarhus", "Yukatel Denizli Basket" potensial rəqibləridir.