"Landau Lions" yeni mövsüm öncəsi heyətini növbəti legionerlə gücləndirib.
Offsideplus.az xəbər verir ki, "şirlər" amerikalı Kervin Voltonla müqavilə bağlayıb.
25 yaşlı və 196 sm boya malik basketbolçu forvard mövqeyində çıxış edir.
O, ABŞ Tələbə Liqasında (NCAA) "North Carolina" və "Texas Tech" universitetlərinin şərəfini qoruyub.
Volton 2024/2025-ci illər mövsümündə "Texas Tech"in heyətində hər oyunda orta hesabla 13.4 xal toplayaraq diqqət mərkəzinə düşüb.
Qeyd edək ki, istedadlı basketbolçu son olaraq Niderland və Belçika klublarının mübarizə apardığı BNXT Liqasında "Den Bosch" komandasının şərəfini qoruyub.


