"Oyun çətin alındı".
Offsideplus.az xəbər verir ki, bunu "Neftçi"ni məğlub etdikləri matçdan sonra "Abşeron Lions"un baş məşqçisi Erhan Toker söyləyib.
Türkiyəli mütəxəssis bunları da əlavə edib:
"Əvvəldən də bəlli idi ki, hər iki komanda hazır olan bütün basketbolçularından maksimun istifadə edəcəkdi. Məncə, yaxşı mübarizədən əlavə, baxımlı oyun alındı. Onu da qeyd edim ki, bu gün bir qədər şansımız da gətirdi. 2-ci oyuna gəlincə, ümid edirəm ki, seriyanı məhz o matçda bitirə biləcəyik".
Qeyd edək ki, "Abşeron Lions" "Neftçi"ni məğlub edərək yarımfinal seriyasında önə keçib - 1:0.
View this post on Instagram


