ABL-nin 1/4 final mərhələsində "Abşeron Lions" "Şəki"ni 2-ci matçda da məğlub edərək (105:94) yarımfinala vəsiqə qazanıb.
Offsideplus.az xəbər verir ki, komandanın baş məşqçisi Erhan Toker oyundan sonra matçla bağlı fikirlərini bölüşüb:
"İlk olaraq hər iki komandanın oyunçularına yaxşı mübarizəyə görə təşəkkür edirəm. "Şəki" üçün mövsüm bu gün başa çatdı, amma çox gözəl mübarizə apardılar. Bizim komanda isə zədəli Jalen Şou və xəstə olan Aubri Makalpaynın xidmətindən yararlana bilmədik. Bir qədər oyunun əvvəlində müdafiə olunmadan oynadıq. Yəni zəif müdafiə olunduq. Buna baxmayaraq hücumdakı çıxışımız yaxşı alındı və balansı qoruduq. Oyunun sonrasında müdafiədəki oyunu düzəltməyə çalışdıq və fərq yarandı. Bundan sonra da məhz hesabı qorumaq üçün oynadıq. Sevincliyik təbii ki, "4-lər" finalına vəsiqə qazandıq. İndi rəqibimizi gözləyəcəyik. Bacardığımız qədər ən yüksək nöqtədə çempionatı bitirmək istəyirik. Bir daha "play-off"da oynayan bütün komandalara təşəkkür edirəm.


