"Qalatasaray" bu yay transfer etdiyi Vilfred Sinqonu satmağı planlaşdırır.
Offsideplus.az xəbər verir ki, "sarı-qırmızılar" onun üçün klub axtarır. "Cim-bom" 24 yaşlı futbolçu üçün 25-30 milyon avro tələb edəcək.
Bu barədə xarici KİV-də məlumat yayılıb.
"Qalatasaray" Sinqo üçün "Monako"ya 30 milyon avro ödəyib. O, burada 10 oyuna çıxıb və 1 məhsuldar ötürmə edib.



