UFC çempionu İliya Topuriya gələcəkdə özünü boksda sınamaq istəyir.
Offsideplus.az xəbər verir ki, 28 yaşlı bu barədə bunları deyib:
"Heç kimə sirr deyil ki, boks bacarıqlarımı sınamaq istəyirəm, amma həyatımda həmişə tətbiq etdiyim bir qayda var: Eyni anda iki dovşan ovlamaq istəsən, sonda heç birini ovlaya bilməzsən.
Buna görə də ilk olaraq MMA karyeramı bitirmək istəyirəm.
Çünki boks tamamilə fərqli yanaşma tələb edir. Çox, çox fərqli məşqlər var və mən onlara uyğunlaşmalıyam. Birindən digərinə tullanmaq peşəkar yanaşma deyil.
Hətta döyüş müddətləri də fərqlidir və mən buna uyğunlaşmalıyam. Həyatdakı hər şey kimi, bu da vaxt tələb edir”.



