"Yuventus"un sabiq baş məşqçisi Tiaqo Motta "Real Sosyedad"ın təklifini qəbul etməyib.

Offsideplus.az xəbər verir ki, bu barədə insayder Matteo Moretto məlumat yayıb.

Motta yenidən çalışmaq üçün ən doğru proyekti tapana qədər gözləmək istəyir.

43 yaşlı mütəxəssis bu ilin martından bəri işsizdir. O, son olaraq "Yuventus"u çalışdırıb.