UEFA Rusiyanın beynəlxalq turnirlərdə iştirakına qoyduğu qadağanı qaldırmayacaq.
Offsideplus.az xəbər verir ki, bu barədə RTE nəşri məlumat yayıb. Avropa ali futbol qurumu Rusiyanın turnirlərdən kənarlaşdırılma müddətini uzadacaq.
Qeyd edək ki, bütün Rusiya klubları 2022-ci ilin fevral ayından bəri Avropa futbol turnirlərindən uzaqlaşdırılıb. UEFA Rusiyaya qadağa tətbiq etməyə davam edəcək.



