“Ağır oyun oldu”.
Offsideplus.az xəbər verir ki, bunu Misli Premyer Liqasında XV turun son oyununda "Neftçi" "Sumqayıt"la qarşılaşmasından sonra baş tutan mətbuat konfransında “Sumqayıt”ın məşqçisi Şahin Abdullayev deyib.
Mütəxəssis matçla bağlı fikirlərini bölüşüb:
“Yeni məşqçi gəldiyi üçün “Neftçi”nin başqa motivasiya ilə oynayacağı gözlənilən idi. Oyunun təxminən 65 dəqiqəsi bu motivasiya üzərindən getdi. Bunu hesabladığımız üçün bəzi futbolçuları ehtiyatda saxlamışdıq. Onlar meydana daxil olduqdan sonra gedişat müəyyən qədər dəyişdi”.
Abdullayev matçda yaşanan gərgin anlarla bağlı bunları deyib:
"İmişli" ilə matçda bizim köməkçi məşqçi qırmızı vərəqə alanda aqressivlik görmədik. Rəqib futbolçular bizə tərəf cumdular. Kollektiv şəkildə aqressiyamızın olduğunu deməzdim. Bu gün İqor Ribeyro ilə Ramalinqom oyun epizodunda mübahisə etdilər. Bizim ehtiyat oyunçular skamyasında hamı sakit durmuşdu. Oyundan əvvəl də hamıya sakit qalmasını demişdik".
Qeyd edək ki, "Palms Sports Arena" baş tutan matçda tərəflər 2:2 hesablı heç-heçəyə razılaşıb.


