"Sabah"ın futbolçusu Coy-Lens Mikels komandanı tərk edə bilər.
Offsideplus.az xəbər verir ki, adı açıqlanmayan bir Qazaxıstan klubu onunla ciddi formada maraqlanır.
Bu barədə "match.kz" portalı məlumat yayıb.
Mikelsin "Sabah"la müqaviləsi gələn ilin yayında başa çatır.
O, hazırda 8 qolla Misli Premyer Liqasının bombardiridir.



