Ötən gün baş tutan "Qarabağ" - "Araz-Naxçıvan" matçı (5:1) tarixə düşüb.

Offsideplus.az xəbər verir ki, bu oyun Azərbaycan çempionatlarının yüksək dəstəsində 6000-ci qarşılaşma olub.

Bu barədə Peşəkar Futbol Liqası məlumat yayıb.

Qeyd edək ki, ilk Azərbaycan çempionatı 1992-ci ildə keçirilib. Hazırda 34-cü mövsüm oynanılır.

6000 oyundan 279-da texniki nəticə qeydə alınıb.