“Qarabağ” futbol klubu qış təlim-məşq toplanışının ilk hissəsini Bakıda keçirəcək, daha sonra isə İtaliyaya yollanacaq.
Offsideplus.az xəbər verir ki, bu barədə “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov ilin ən yaxşı baş məşqçisi mükafatının təqdimetmə mərasimində deyib.
O bildirib ki, toplanışın dəqiq günləri hələlik məlum deyil.
Qeyd edək ki, Ağdam təmsilçisi ilin son oyununu dekabrın 21-də “Qəbələ”yə qarşı keçirəcək.



