"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov qış "transfer pəncərəsi"ndə yeni oyunçuların gələcəyini açıqlayıb.

Offsideplus.az xəbər verir ki, təcrübəli mütəxəssis "yeni transferlər olacaq" deyib:

"Danışıqlarımız, axtarışlarımız davam edir. Çalışacağıq ki, təkcə hücum xəttinə yox, digər mövqelərə də transferlər edək. Tələblərimiz böyüyüb, çoxdur. Bizim keyfiyyətli futbolçulara say olaraq ehtiyacımız var".

Qeyd edək ki, "Qarabağ" yeni transferlərini Çempionlar Liqasının qalan 2 matçında oynada bilməyəcək. Yalnız Ağdam təmsilçisi növbəti mərhələyə yüksəlsə, o zaman həmin oyunçular meydanda ola biləcək.