"Qarabağ"ın futbolçusu Abdullah Zubir "Araz-Naxçıvan"la matçda Azərbaycan çempionatlarında 200-cü oyununu keçirib.
Offsideplus.az xəbər verri ki, bu barədə Peşəkar Futbol Liqası məlumat yayıb.
Təcrübəli vinger 2018-ci ildə Ağdam təmsilçisinə transfer olub.
Zubir 200 oyunda 52 qol vurmağı bacarıb.
O, Azərbaycan çempionatları tarixində 200 və daha çox matç keçirən 158-ci futbolçudur.



