Azərbaycan II Liqasında mübarizə aparan "Şəki" klubu çempionatın XIII turunda "Qaradağ Lökbatan"a qarşı keçirəcəyi oyuna çıxmaqdan imtina edib.

Offsideplus.az xəbər verir ki, bu barədə bölgə təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Klubun niyə bu addımı atdığına dair daha sonra açıqlama veriləcəyi bildirilib.

Qeyd edək ki, matç bu gün saat 14:00-da Lökbatan Olimpiya İdman Kompleksinin stadionunda baş tutmalı idi.