“Barselona”nın hücumçusu Robert Levandovski klubda daha bir il qalmaq niyyətindədir.

Offsideplus.az xəbər verir ki, futbolçunun agenti Pini Zahavi bu istəyi klub prezidenti Xoan Laportaya çatdırıb. Lakin klub rəhbərliyi hələlik yekun qərar verməyib.

Məlumata görə, Levandovskinin yüksək maaşı narahatlıq yaradır. Bununla belə, klub polşalı hücumçuya olan etimadını qoruyur.

Qeyd olunur ki, futbolçunun gələcəyi ilə bağlı son qərar daha sonra veriləcək.