Portuqaliya millisinin və "Milan"ın cinah oyunçusu Rafael Leau üçün ən sərfəli təklif "Qalatasaray"dan gəlib.
Offsideplus.az xəbər verir ki, İstanbul klubu Leaunun maaşını "Aston Villa"nın təklifindən iki dəfə artıq etməyə hazırdır. Lakin "Qalatasaray" hələ "Milan"la transfer məbləği barədə razılıq əldə etməyib.
"Aston Villa" isə Leaunun transferi üçün tələb olunan məbləği ödəməyə razıdır, amma futbolçu özü hələ İngiltərə klubuna keçidə razılıq verməyib.


