İtaliyalı qapıçı Matia Perin "Yuventus"dan "Palermo"ya keçib.

Offsideplus.az xəbər verir ki, B Seriyasında çıxış edən "Palermo" 33 yaşlı qapıçı üçün təxminən 500 min avro ödəyəcək. Perin 2018-ci ildən Turin klubunda çıxış edib, iki mövsüm isə icarə əsasında "Cenoa"da oynayıb. O, "Yuventus"un heyətində ümumilikdə 71 oyunda meydana çıxıb və dörd kubok qazanıb.