AFFA prezidenti Rövşən Nəcəf UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab matçında İsrailin "Hapoel" (Beer-Şeva) klubuna 5:2 hesabı ilə qalib gələrək Liqa mərhələsinə adlayan "Sabah"ı təbrik edib.

Offsideplus.az xəbər verir ki, federasiya rəhbəri bu tarixi uğur münasibətilə sosial şəbəkə hesabında paylaşım edib:

"UEFA Çempionlar Liqasının Liqa mərhələsinə vəsiqə qazanan "Sabah" klubunu samimiyyətlə təbrik edirəm! Komandamıza növbəti qarşılaşmalarda yeni-yeni uğurlar arzulayıram", - deyə Rövşən Nəcəf qeyd edib.