Ceyden Ostervolde Romada keçirilən ilk tibbi müayinədən uğurla keçə bilməyib.

Offsideplus.az xəbər verir ki, 15 milyon avroluq transferdə risk etmək istəməyən "Roma" niderlandlı müdafiəçini bu gün əlavə müayinələrdən keçirəcək.

"Roma" rəhbərliyi yekun cavablar bəlli olduqdan sonra transferlə bağlı son qərarını verəcək.

Qeyd edək ki, Ostervolde "Fənərbağça"nın futbolçusudur. O, 2023-cü ilin yanvarından İstanbul nəhəngində çıxış edir